21:04 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Qolu qandallı kişi

Polis amansızlıqla qətlə yetirilmiş qadının qatilini yaxalayıb

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
108 0 0

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb

BAKI, 18 sentyabr — Sputnik. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində törədilən qətlin üstü "isti izlər"lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Əlaqədar

"Zeytun bağları"nda qətl: İstintaq müdhiş cinayətin izinə düşüb
Dəhşətli qətl baş verdi, atasını balta və bıçaqla öldürdü
Bakıda iki qətl törədildi: biri öz kürəkənini, digəri isə yaşlı qonşusunu öldürdü
Dəhşətli qətl: Din xadimləri öldürüldü
Sumqayıt şossesində növbəti qətl: Bu dəfə "Aşıqlar" kafesində
Özbəkistanda dəhşətli qətl: DİN idarə rəisi otağında bıçaqlandı
Gədəbəydə qətl törədilib: Öldürüb, meyitini yol kənarına atdılar
Teqlər:
qatil, qətl, cinayət, polis

Əsas mövzular