14:42 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Həblər, arxiv şəkli

Antibiotik içdi, dili tükləndi

CC0 / Ajale / tabs
XƏBƏRLƏR
Qısa URL
121 0 0

Dərman qəbulundan bir həftə keçdikdən sonra qadın daimi yorğunluq və ağızda qəribə dadın olmasından şikayətlənməyə başlayıb

BAKI, 16 sentyabr — Sputnik. Antibiotik qəbulu gözlənilməz nəticə verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Amerika həkimləri qarşılaşdıqları nadir kliniki hal haqqında yazıblar.

Onların xəstəsi avtomobil qəzasına düşmüş 55 yaşlı qadın olub. O, xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Qəza zamanı o hər iki ayağından zədə alıb. Bu da ayaqlarda infeksiyanın inkişafına səbəb olub. Tibb işçiləri infeksiya ilə mübarizə məqsədilə qadına iki antibiotik – meropenem və minosklin təyin ediblər. Dərman qəbulundan bir həftə keçdikdən sonra qadın daimi yorğunluq və ağızda qəribə dadın olmasından şikayətlənməyə başlayıb. Bundan başqa onun dili qaralıb və üzəri xırda tüklərlə örtülməyə başlayıb.

Həkimlər qadına glossofitiya diaqnozu qoyub. Qeyd edək ki, bu xəstəlik antibiotiklərin təsirindən yaranır və "qara tüklü dil" adlanır. Əlbəttə ki, dilin üzərində tük əmələ gəlmir. Xəstəlik dad bilmə qabiliyyətinə güclü təsir edir. Dadı qəbul edən dil məməcikləri şişir və 15 dəfəyə qədər böyüyür. Qeyri-adi rəng isə göbələk florasının inkişafı nəticəsində yaranır.

Xəstəlik çox zaman siqaret çəkən və ağız gigiyenasına diqqət etməyən insanlarda müşahidə edilir.

Teqlər:
infeksiya, tüklənmə, dil, antibiotik

Əsas mövzular