22:09 19 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9202
Bərdə Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları Bilik günündə bir sıra məktəblərə gedərək, tədbirlərə qatılıblar

Muzey işçiləri Bilik Günündə kampaniya başlatdılar

© Sputnik / Musa Muradli
XƏBƏRLƏR
Qısa URL
50 0 0

Bərdə məktəbliləri arasında "Tariximizi qoruyaq və gələcək nəsillərə ötürək" kampaniyası aparılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Muzey işçiləri Bilik Gününə qatıldılar

Bərdə Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları Bilik günündə bir sıra məktəblərə gedərək, tədbirlərə qatılıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, muzey əməkdaşları "Tariximizi qoruyaq və gələcək nəsillərə ötürək" kampaniyası haqqında ictimaiyyəti məlumtlandırıb, məqsədlərini izah ediblər. Onlar valideyn və uşaqlardan muzeyin fondunu zənginləşdirmək üçün lazım olan köməkliyin göstərilməsini xahiş ediblər.

Bərdə Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları Bilik günündə bir sıra məktəblərə gedərək, tədbirlərə qatılıblar
© Sputnik / Musa Muradli
Bərdə Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları Bilik günündə bir sıra məktəblərə gedərək, tədbirlərə qatılıblar

Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyinin direktor əvəzi Mehriban Əliyeva 5 saylı Bərdə şəhər tam orta məktəbində, muzeyin fond müdiri Nərmin İsmayılova 3 saylı tam orta məktəbdə, Muzeyin elmi işçisi Turanə Məmmədova şəhər 6 saylı tam orta məktəbində olaraq tədbirlərdə çıxış edib, Bərdə sakinlərini "Tariximizi qoruyaq və gələcək nəsillərə ötürək" kampaniyasına qoşulmağa çağırıblar.

Teqlər:
kampaniya, Bilik Günü, muzey, Bərdə

Əsas mövzular