16:11 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Высоковольтные линии электропередач

"Azərbaycanın elektrik enerjisi sahəsində üçüncü qurum yaranacaq"

© Sputnik / Igor Onuchin
XƏBƏRLƏR
Qısa URL
12577 0 0

"Hazırda Azərbaycanda iki qurum var – istehsalçı və paylayıcı, nəqletmə də bu istehsalçının əlindədir”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. "Azərbaycanın elektrik enerjisi sahəsində üçüncü qurum yaranacaq". Bunu enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib.

"Azərbaycana tövsiyə edilən məsələ ondan ibarətdir ki, ölkəmizin elektrik enerjisi sistemində generasiya olunan qurğular, yəni elektrik stansiyaları, istehsal bir qurumda, elektrik enerjisinin nəqli, ötürülməsi digər bir qurumda, paylayıcı şəbəkələr, yəni onu əhaliyə və istehlakçıya satan isə üçüncü qurumda olmalıdır" — deyə ekspert bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda iki qurum var – istehsalçı və paylayıcı. Nəqletmə də bu istehsalçının əlindədir: "Ona görə də hesab edirəm ki, tövsiyələr nəticəsində ölkəmizdə üçüncü qurum yaranacaq. Azərbaycanda iyul ayında enerji probleminin olması göstərdi ki, məsələ heç də 6 milyard investisiya qoyub, elektrik stansiyaların enerji hasil edən mənbələrinin yaradılması ilə bitmir. Və yaxud da son 10 ildə paylayıcı şəbəkələrin yenidən qurulması məsələsini diqqətdə saxlamaqla iş bitmir".

Ekspertin fikrincə, əsas məsələlərdən biri elektrik stansiyaları ilə paylayıcı şəbəkələr arasında logistikanın, yəni düzgün paylaşma sisteminin qurulması və enerjinin nəql edilməsi sistemidir: "Bu da Azərbaycanda Sovet dönəmindən qalıb və faktiki olaraq funksiyası dəyişdirilməyib. İndi bu, yenidən yaradılmalı və ona yeni bir qurum rəhbərlik etməlidir. Bu da həm itkilərin azaldılması, həm də enerji sahəsində şəffaflığa xidmət edən bir addım olacaq".

"Üç qurum olanda enerjinin hasil edilməsi, ötürülməsi və onun alınması ilə bağlı ayrıca hesabatlar veriləcək. Bu zaman məlum olacaq ki, hansı qurumda xəta və itkilər baş verir və cavabdehlik kimin üzərindədir" — deyə o bildirib.

Ekspert Avropa təcrübəsində bunun geniş yayıldığını diqqətə çatdırıb. 

Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi, 11 yanvar 2017-ci il
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qeyd edək ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarında cərəyan transformatorunda qəza baş verib. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanıb, Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün Azərbaycan Prezidenti tərəfindən Baş nazirin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji" ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Azərbaycan Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

Əlaqədar

Qonşuda elektrik və qazın qiyməti kəskin artdı
Prezident elektrik probleminin həlli üçün növbəti addım atdı
Qonşuda problemlər başladı, su və elektrik ixracı dayandırıldı
Azərbaycanda elektrik təchizatı 100 faiz bərpa edilib
FHN elektrik enerjisinin kəsintisi ilə bağlı vacib məlumat yaydı
“Azərenerji”: Elektrik verilişində 27 faiz məhdudiyyət var
Elektrik enerjisinin kəsilməsinin səbəbi bilindi - RƏSMİ
Yenə gözlənilməz elektrik kəsintisi: Paytaxtın və bölgələrin bir hissəsində işıqlar söndü
Teqlər:
paylayıcı, nəqledici, istehsalçı, elektrik enerjisi, elektrik, İlham Şaban

Əsas mövzular