16:40 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
BAş nazirin müavini Əli Əhmədov

Azərbaycan-Türkiyə birliyini pozmaq istəyən qüvvələr var – Baş nazirin müavini

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
35 0 0

Türkiyə-Azərbaycan birliyi çox möhkəm təməllər üzərində qurulub

Eldar Tanrıverdiyev Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. “Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılması təsadüfi deyil. Bununla dünyaya bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdiririk. Bu birlik sarsılmazdır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti — Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı bildirib. 

Baş nazirin müavini, həmçinin əlavə edib ki, Azərbaycan və Türkiyə birliyini pozmaq istəyən qüvvələr var: "Onlar müxtəlif dövrlərdə də bu birliyi pozmağa çalışıb. Biz qürur hissi ilə deyə bilərik ki, heç vaxt bu birliyi pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil".

Əhmədov vurğulayıb ki, Türkiyə — Azərbaycan birliyi çox möhkəm təməllər üzərində qurulub: “Yaşadığımız bugünkü tarix bizi qürurlandıran, gələcəyə daha aydın baxmağa vadar edən, səsləyən tarixdir. Dünya çox mürəkkəb dövrünü yaşayır. Bu gün gələcəyin üzərinə çox ciddi şəkildə kölgə salan məqamlar var. Təbii ki, Azərbaycan və Türkiyə olaraq, biz bu təlatümlü anların gələcəkdə bizə nələr gətirəcəyini düşünmək üçün doğru yoldayıq”.

“Biz bu günlərdə daha çox bir-birimizin yanında olmalı, bir-birimizlə çiyin-çiyinə verməliyik" – Əli Əhmədov deyib.

Əlaqədar

Rəqəmsal yayıma keçidə həsr edilən beynəlxalq simpozium keçiriləcək
Əli Əhmədov vəzifəsindən məzuniyyətə ayrıldı
Əli Əhmədov vəzifəsindən ayrıldı
Əli Əhmədov: Minsk qrupunun fəaliyyətində kardinal dəyişiklik olmalıdır
Əli Əhmədov: Prezidentin etimadına xəyanət edənlər ciddi cəzalanacaq
Əli Əhmədov: Əsas məqsəd azad, şəffaf və demokratik seçkilərdir
Əli Əhmədov: Azərbaycan idman tarixinə adını yazacaq
Teqlər:
Qafqaz İslam Ordusu, Əli Əhmədov, Rəcəb Tayyib Ərdoğan

Əsas mövzular