ABŞ artıq “musiqi” sifariş verə bilmir – Lavrov

© Sputnik / Maksim Blinov / Mediabanka keçidSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
“Bir sıra böyük ölkələrlə hesablaşmamaq mümkün deyil”

BAKI, 13 sentyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın beynəlxalq məsələlərdə bir neçə əsrdir davam edən hegemonluğunun sonunun çatdığını bəyan edib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Uzaq Şərq İqtisadi Forumu — 2018 çərçivəsində gənc diplomatların qarşısında çıxışı zamanı deyib.

"Bir neçə əsrdir beynəlxalq məsələlərdə musiqi sifariş verən və ciddi müqavimətlə qarşılaşmayan ölkəni obyektiv olaraq anlamaq olar və hazırda bu monopoliya obyektiv olaraq yoxa çıxır. Çünki artıq bir sıra böyük ölkələrlə hesablaşmamaq mümkün deyil" — deyə Lavrov bəyan edib.

Xəbər lenti
0