19:06 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Süd vəzi xərçənginin diaqnostikası, arxiv şəkli

Dəhşətli xəstəliyin sonu çatır: Əlac tapılıb

© AP Photo / Andrew Harnik
XƏBƏRLƏR
Qısa URL
448 0 0

Testin cavabında diprovosim adlı maddəni əldə edilib və bu xərçəng xəstəliyini müalicə etməyə kömək edib

BAKI, 13 sentyabr — Sputnik. Xərçəng xəstəliyini tam məhv edən müalicə üsulu tapılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyada yayılan bu qorxunc xəstəliyi tam məhv edən dərman hazırlanıb.

Amerikalı alimlər siçanlar üzərində eksperimentlər apararaq yeni vaksinin melanomaya qarşı effektivliyini sübut edə biliblər.

Alimlər dəri xərçəngi ilə mübarizədə kimya terapiyasının effektivliyini artırmaq üçün 100 mindən çox kimyəvi birləşmələri test ediblər. Testin cavabında diprovosim adlı maddə əldə edilib və bu xərçəng xəstəliyini müalicə etməyə kömək edib.

Qeyd edək ki,  siçanlar üzərində aparılan eksperimentlərin uğurlu nəticələri uğurlu araşdırma demək deyil. Yeni vaksin xərçəng xəstəliyindən əziyyət çəkən insanlara da eyni təsir göstərəcəyini insan üzərində aparılan təcrübə nəticəsində məlum ola bilər. Alimlər araşdırmalara davam edirlər.

Teqlər:
eksperiment, siçan, vaksin, xərçəng, dərman

Əsas mövzular