14:38 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Robot, arxiv şəkli

Az qaldı, dünya kədərə qərq olacaq...

© AP Photo / Andy Wong
XƏBƏRLƏR
Qısa URL
49 0 0

Son araşdırmalara görə, 2030-vu ilə qədər dünyada 800 milyondan çox iş yeri robotlar tərəfindən idarə ediləcək.

BAKI, 12 sentyabr — Sputnik. Robotlar düzgün proqramlaşdırılmadığı təqdirdə bəşəriyyət üçün təhlükəli ola bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Oklahoma Universitetinin alimi Subxaş Kak deyib.

Onun sözlərinə görə, texnologiyanın hazırkı inkişafı hələ ki, böyük təhlükəli robotlar yaratmağa imkan vermir. Ancaq bunun gələcəkdə baş verəcəyi istisna deyil.

Professorun sözlərinə görə, düzgün proqramlaşdırılmamış "beyin" robotlarda aqressiv davranışlar yarada bilər. Bu hətta kütləvi ölümlərə də səbəb ola bilər.

Subxaş Kak hesab edir ki, bu baş verməsə belə digər təhlükə kütləvi işsizlik baş verəcək. Maşınlar yeni işlər görməyi öyrənəcək və zamanla insanları üstələməyə başlayacaq.

"İnsanlar fayda vermək istəyir. İş isə həyata məna verir. Əgər o olmasa dünya kədərə qərq olacaq" –deyə professor qeyd edir.

Son araşdırmalara görə, 2030-vu ilə qədər dünyada 800 milyondan çox iş yeri robotlar tərəfindən idarə ediləcək. Bəşəriyyəti ağır keçid dövrü gözləyir.

Hakimiyyət insanların minimum xərclərini təmin edəcək, amma bu problemi həll etməyəck. Bir çox insan artıq indidən həyatında məna görmür. Bəzi alimlər narkomaniyanın və radikal qruplara qoşulmağın səbəbi kimi həyatın mənasının itməsini görür.

Əsas mövzular