15:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Heydər Əliyev Beynəlxalq Aeroportu

AZAL səkkiz ayın hesabatını verdi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11 faizi isə "Buta Airways"in payına düşüb

BAKI, 11 sentyabr — Sputnik. Heydər Əliyev Beynəlxalq Aeroportu səkkiz ay ərzində 3 milyondan çox sərnişinə xidmət göstərib. Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Bildirilib ki, ilin ilk səkkiz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,08 milyon sərnişinə xidmət göstərib. Belə ki, bu göstərici ötən ilin analoji göstəricisindən 12 faiz çoxdur. Məlumata görə, "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 335 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 305 min sərnişin düşüb.

İlin əvvəlindən etibarən 2 milyon 650 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11 faizi isə "Buta Airways"in payına düşüb.

Avqust ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "FlyDubai", "Turkish Airlines", "Air Arabia", "Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "Qatar Airways", "Utair", "Iraqi Airways", "Lufthansa" və "S7 Airlines" daxil olub.

Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Tel-Əviv daxildir. Bu istiqamətlərə 328 min sərnişin uçub. Onlar cəmi 191 min sərnişinə xidmət göstərib.

Əlaqədar

Hava limanından qaçırılan təyyarə qəzaya uğradı - VİDEO
Atatürk hava limanında görünməmiş hadisə, bu dəfə qadın turist...
İlham Əliyev və canavar Zabivaka hava limanında "futbol oynayıblar"
Bakı hava limanında qəzalı eniş: Həyəcan siqnalı verildi
İstanbul Atatürk Hava Limanı bağlanır
Teqlər:
xidmət, sərnişin, Heydər Əliyev Beynəlxalq Aeroportu

Əsas mövzular