22:20 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Stomatoloqun qəbulunda

Ağız boşluğunda olan yaralara çarə tapıldı

CC0 / rgerber / Dental Repairs
XƏBƏRLƏR
Qısa URL
67 0 0

Bu türkəçarə işə yaramırsa və ağrılar varsa, bu zaman həkimə müraciət etmək lazımdır

BAKI, 11 sentyabr — Sputnik. Bəzi insanlarda ağız yaralarına rast gəlmək olar. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlarda daha çox rast gəlinən ağız yaralarının müalicə üsulları var. Ağız yaralarından qurtulmaq üçün bunları etməlisiniz.

Ağız yaralarına yanaqda, dodaqda, diş ətlərində, dildə, dil altında, damaqda rast gəlinir. Bu yaralar stressdən və digər xəstəliklərdən yarana bilər. Bir çox ağız yaraları 10-14 gün ərzində heç bir müalicə olmadan sağalır. Amma xüsusi dərmanlar var ki, onlar bu yaraları daha sürətlə sağaldır. Eyni zamanda, dərmanı evdə hazırlayaraq yaraları sağaltmaq olar.

Ağız boşluğunuzu qismən bu yaralardan qorumaq üçün bunları edin:

— Çox isti və soyuq qida qəbul etməyin

— Yemək yeyən zaman yavaş çeynəyin

— Diş fırçasının yumşaq olmasına fikir verin

— Gigiyena qaydalarına riayət edin

— Ədviyyatlı qidalar yeməyin

— Vitamin qəbul edin, xüsusilə B vitamini

— Bol su için

— Siqaret çəkməyin

— Spirtli içkilər içməyin

— Günəş şüalarından dodaqlarınızı qoruyun

Bu türkəçarə işə yaramırsa və ağrılar varsa, bu zaman həkimə müraciət etmək lazımdır.

Teqlər:
Ağız yarası, çarə, dərman, xəstəlik

Əsas mövzular