Əsrin qarəti: Muzeydən 40 min dollarlıq böcək oğurlandı

© Photo : Youtube / The SpidermanHörümçək
Hörümçək - Sputnik Azərbaycan
Abunə olmaq
Polis muzey işçilərindən şübhələnib və artıq araşdırmaya başlayıb

BAKI, 11 sentyabr — Sputnik. ABŞ-ın Filadelfiya ştatında muzeydən inanılmaz oğurluq olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğrular muzeydən 40 min dollar dəyəri olan 7 min canlı böcək, hörümçək, əqrəb və kərtənkələ oğurlanıb. Polis muzey işçilərindən şübhələnib və artıq araşdırmaya başlayıb.

Muzey mütəxəssisləri bildirilər ki, oğurlananlar arasında peyğəmbər dəvədəlləkləri, nəhəng Afrika qırxayaqları, bəbir kərtənkələsi, tarantullar və digərləri var. Oğurlanan malların kolleksiyaçılara satılacağı ehtimal edilir.

Qeyd edək ki, muzeyin kolleksiyasının 80 faiz oğurlanıb.

Xəbər lenti
0