CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb çantasının ağırlığı nə qədər olmalıdır?

© Sputnik / Anar MustafayevMəktəbli
Məktəbli - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər həmçinin hesab edir ki, məktəbə gedən yol 20 dəqiqədən çox olmamalıdır

BAKI, 10 sentyabr — Sputnik. Uşaqların onurğa sütunun qorunması üçün məktəbli çantalarının ağırlığı çox önəmlidir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bel ağrısı, əzələlərin zədələnməməsi və s. problemlərin yaşanmaması üçün çantanın ağırlığı bədən çəkisinin 15 faizini keçməməlidir.

© © KarikaturaBalaca məktəblinin böyük yükü
Balaca məktəblinin böyük yükü - Sputnik Azərbaycan
Balaca məktəblinin böyük yükü

Mütəxəssislərə görə, məktəb çantasının uyğun olmayan ağırlıq və vəziyyətdə daşınılması çiyin, boyun, kürək və bel ağrısına səbəb ola bilər. Bu proses uzun müddət davam etdiyi təqdirdə uşaqda təkrarlanan stress meydana gələ bilər.

Çantanın asqı yerləri hər iki çiyin üçün enli, geniş və yumşaq olmalıdır. Mütəxəssislər həmçinin hesab edir ki, məktəbə gedən yol 20 dəqiqədən çox olmamalıdır.

Xəbər lenti
0