Sabahdan hava dəyişir - Leysan yağacaq, şimşək çaxacaq

Abunə olmaq
Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var

BAKI, 7 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentini əhaliyə hava ilə bağlı xəbərdarlıq edib.

Sputnik Azərbaycan xəbər verir ki, Abşeron yarımadasında sentyabrın 8-də və 9-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Sentyabrın 09-da gün ərzində, əsasən, şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi sentyabrın 8-9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbər lenti
0