Ərdoğanın ardınca Putin də Bakıya gəlir

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в саммите АТЭС
Президент РФ В. Путин принял участие в саммите АТЭС - Sputnik Azərbaycan
Abunə olmaq
İlin sonunadək isə Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammitə ev sahibliyi edəcək

BAKI, 7 sentyabr — Sputnik. Sentyabr ayının sonunda Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gələcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kreml başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov açıqlama verib.

O bildirib ki, bundan başqa, Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammitə ev sahibliyi edəcək. Tədbir cari ilin sonuna qədər baş tutacaq.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan rəhbərlərinin ilk görüşü 2016-cı ildə keçirilib. Sonrakı sammitlər Bakıda və Tehranda baş tutub.

Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfər edəcək. Bu gün isə Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin görüşü olacaq.

Xəbər lenti
0