16:12 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
SputnikPro layihəsi çərçivəsində tədbir

PA rəsmisi: "Azərbaycanda güclü media strukturları yaradılır"

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
4284 0 0

SputnikPro: Rusiyalı mütəxəssislər Azərbaycan jurnalistləri ilə təcrübələrini bölüşüblər

BAKI, 6 sentyabr — Sputnik. Jurnalistlər, mediamenecerlər və fotomüxbirlər üçün "SputnikPro" təlim proqramına sentyabrın 6-da Bakıda start verilib. Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan layihə çərçivəsində Rusiyanın aparıcı media menecerləri azərbaycanlı həmkarları üçün master-klass keçiblər.

Proqramın fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev qeyd edib ki, bu gün Azərbaycanda güclü media strukturlarının yaradılması siyasəti həyata keçirilir. Əliyevin sözlərinə görə, Rusiyanın media sahəsinin aparıcı nümayəndələrinin təcrübəsi Azərbaycan jurnalistikasına faydalı olacaq.

"İnformasiya təhlükəsizliyinin təmin olunması məsələsi istənilən dövlət üçün vacibdir. Biz bu gün güclü kütləvi informasiya vasitələrinin yaradılması siyasətini ona görə həyata keçiririk ki, ölkə mediası yüksək səviyyəyə çıxa bilsin və Azərbaycan həqiqətlərini çatdırmaq imkanı olsun. Rusiyalı həmkarların və dostların öz təcrübələrini bizimlə bölüşməsindən məmnunuq və bu, bizim üçün faydalı olacaq" — deyə PA rəsmisi vurğulayıb.

O, həmçinin "SputnikPro" layihəsinin bundan sonra da davam etdiriləcəyinə ümid etdiyini və Azərbaycan tərəfinin onu dəstəkləməyə hazır olduğunu bildirib.

"Russia Today" BİA-nın baş redaktorunun müavini Natalya Loseva da öz növbəsində bildirib ki, informasiya təhlükəsizliyinin təmin olunması vacib məsələdir. O, həmçinin Azərbaycanın KİV-in inkişafının zəruri olduğunu başa düşən ölkələrdən biri olduğunu vurğulayıb.

Sputnik Azərbaycan jurnalistikamızın banisini yad edib
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Natalya Loseva "Mediada qlobal trendlər" mövzusunda master-klass keçib. O, informasiyaların yayılmasında və qəbulunda mobil platformaların böyük rolu, KİV-in işinin müasir reallıqlara uyğunlaşdırılması zərurəti barədə danışıb.

Losevanın sözlərinə görə, auditoriyanın diqqətini cəlb etmək və saxlamaq üçün məzmun yaradarkən müxtəlif yeni texnologiyalar tətbiq etmək lazımdır.

Layihə çərçivəsində "Düz sizə doğru! Müasir multimedia agentliyinin texnologiyası layvstriminqin (canlı on-line yayımların) əlçatan sərhədlərini necə genişləndirir" və "Qaynar nöqtələrdə jurnalist işi" mövzularında da master-klasslar keçiriləcək.

Əlaqədar

Köhnə bakılı Sputnik Azərbaycan üçün cız-bız hazırlayıb
Sputnik Azərbaycan-ın əməkdaşı Emin Ağalarovun filmində çəkilib - VİDEO
Sputnik Azərbaycan jurnalistikamızın banisini yad edib
Mətbuat Şurasının sədri Sputnik Azərbaycan-a təşəkkür etdi
Daşgil vulkanı Sputnik Azərbaycan-ın obyektivində
Sputnik-in baş redaktoru saxlanıldı
Teqlər:
Natalya Loseva, "SputnikPro" təhsil proqramı, master-klass, Vüqar Əliyev, media, KİV, Azərbaycan, layihə, jurnalist

Əsas mövzular