Türkiyəyə nə qədər azərbaycanlı köçüb, bilirsiniz?

© Sputnik / Irade JELILSədərək sərhəd keçid məntəqəsində növbə
Sədərək sərhəd keçid məntəqəsində növbə - Sputnik Azərbaycan
Abunə olmaq
Bir il ərzində Türkiyəyə 466333 nəfər əcnəbi köçüb

BAKI, 5 sentyabr — Sputnik. Ötən il Türkiyəyə 466333 nəfər əcnəbi köçüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar arasında azərbaycanlılar da var.

Türkiyə Statistika İdarəsinin məlumatına görə, ötən il köç edən həmin insanlardan 26,6 faiz İraq vətəndaşları, 10,4 faiz Əfqanıstan, 7,7 faiz Suriya, 5,6 faiz Türkmənistan və 5,7 faizi (18653 nəfər) Azərbaycan vətəndaşlarıdır.

Bundan əlavə, 2017-ci ildə 253640 nəfər Türkiyədən başqa ölkələrə köçüb. Onların 7,5 faizi Azərbaycan vətəndaşlarıdır.

Xəbər lenti
0