16:43 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Пожилые люди, фото из архива

Azərbaycanda yaşlı insanlarla bağlı maraqlı qərar qəbul olundu

© Sputnik / STR
XƏBƏRLƏR
Qısa URL
416 0 0

Onlar 1 ay ərzində "Könüllülüyün yaşı yoxdur" şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində uşaqların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi

BAKI, 5 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi "Yaşlı könüllülər" layihəsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin təqaüd yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində "ASAN xidmət" mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar. 

Belə ki, onlar 1 ay ərzində "Könüllülüyün yaşı yoxdur" şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində uşaqların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, vətəndaşlardan xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olacaqlar.

Layihənin məqsədi ASAN Könüllülük Məktəbi vasitəsi ilə yaşlıları fəal yaşlılığa, təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.

Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Əlaqədar

"ASAN xidmət"dən vətəndaşlara şad xəbər: Daha bir xidmət göstəriləcək
"ASAN xidmət"də iki rekord
Səyyar "ASAN xidmət" iyulda bu rayonlarda olacaq
Səyyar "ASAN xidmət" bu regionlarda olacaq
“ASAN xidmət”dən rekord göstərici
"ASAN xidmət"dən daha bir xidmət
Teqlər:
"Yaşlı könüllülər", "ASAN xidmət", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əsas mövzular