Gecəyarı benzin və dizelin qiyməti qalxıb - Qonşuda

Abunə olmaq
Hazırda Türkiyədə ən ucuz benzin markasının bir litrinin qiyməti 6.33 lirə təşkil edir

BAKI, 4 sentyabr — Sputnik. Ötən gecə Türkiyədə yanacağın qiyməti bahalaşıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, benzinin qiyməti 0.51 kuruş (0.13 qəpik), dizelin qiyməti 0.55 kuruş (0.14 qəpik), avtomobil qazının qiyməti isə 0.28 kuruş (0,7 qəpik) bahalaşıb.

Ancaq bu qiymət artımı Xüsusi İstehlak Vergisi nisbətində qarşılanacağı üçün yanacaqdoldurma məntəqələrindəki satış qiymətlərinə (pərakəndə satış qiyməti) təsir etməyəcək. Əgər qiymət artımı pərakəndə satış qiymətinə tətbiq edilsəydi, benzinin qiyməti 7 lirəni (1.80 manatı) keçmiş olacaqdı.

Hazırda Türkiyədə ən ucuz benzin markasının bir litrinin qiyməti 6.33 lirə (1.62 manat) təşkil edir.

Xəbər lenti
0