23:31 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
285 0 0

Neftçilər prospektində hərəkət qismən məhdudlaşdırılır

BAKI, 3 sentyabr — Sputnik. Neftçilər prospektində, Bakı limanına gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq 3 gün ərzində təmir-bərpa işləri aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Əlaqədar

Yol polisi sürücülərə xəbərdarlıq etdi
Daha bir magistral yolda silah-sursat tapıldı
İlham Əliyev 3 rayonu birləşdirən yolla bağlı sərəncam verdi
Teqlər:
Bakı limanı, AAYDA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Neftçilər prospekti

Əsas mövzular