CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİQQƏT: Bu gün gecəyarısı vaxt bitir

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Elektron ərizəsini təsdiqləməyənlər müsabiqəyə buraxılmayacaqlar

BAKI, 3 sentyabr — Sputnik. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib bu www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub. Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Xəbər lenti
0