Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada dəhşətli partlayış baş verib, ölənlər, yaralananlar və itkin düşənlər var

© Photo : SverdlovaЗавод имени Я.М. Свердлова в городе Дзержинске
Завод имени Я.М. Свердлова в городе Дзержинске - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumatlara görə, partlayış nəticəsində 3 nəfər ölüb, 3-ü yaralanıb, daha 3 nəfər isə axtarırlar

BAKI, 31 avqust — Sputnik. Rusiyanın Nijni Novqorod vilayətində güclü partlayış olub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış Dzerjinski şəhərindəki Y.M.Sverdlov adına müdafiə sənayesi zavodunda baş verib.

Partlayışın, hələ ki, hansı səbəbdən baş verdiyi məlum olmasa da, zavodun ammonal istehsalı sexində qeydə alındığı bildirilir. İlkin məlumatlara görə, partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb, daha 3 nəfərin isə ölü və ya sağ olduğu bəlli deyil, axtarılırlar. Onların dağıntılar altında qaldıqları ehtimal olunur. 

Partlayış nəticəsində, təxminən, yüz kvadratmetrlik sahədə yanğın baş verib. Hazırda yanğının lokallaşdırılması və söndürülməsinə çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0