05:08 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident İlham Əliyev İosif Kobzonun ailəsinə başsağlığı verib

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
XƏBƏRLƏR
Qısa URL
47 0 0

"Sizə, İosif Davıdoviçin bütün doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən dərin hüznlə başsağlığı verirəm"

BAKI, 31 avqust — Sputnik. Prezident İlham Əliyev mərhum İosif Kobzonun ailəsinə başsağlığı verib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən başsağlığı məktubunun mətnini təqdim edir: 

"İosif Davıdoviç Kobzonun vəfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, İosif Davıdoviçin bütün doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən dərin hüznlə başsağlığı verirəm.

Ustad müğənni, görkəmli ictimai-siyasi xadim İosif Kobzonun adı sovet və Rusiya mədəniyyətinin şanlı salnaməsinə əbədi daxil olub. Onun yüksək şövqlə oxuduğu mahnılar neçə-neçə nəsillərin qəlbində xüsusi yer tutur.

Çoxşaxəli istedadı, bənzərsiz səsi və fitri musiqi duyumu sayəsində İosif Kobzon bütöv bir dövrün rəmzinə çevrilib. Dövlət Dumasında məsul vəzifə tutarkən o, mədəni irsin qorunub saxlanmasına və zənginləşməsinə fəal kömək edirdi.

İosif Kobzon Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafına, mehriban münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının "Şöhrət" və "Dostluq" ordenləri ilə, həmçinin "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib.

Bu ağır itki ilə əlaqədar sizin dərdinizə səmimi qəlbdən şərik olduğumu və sizinlə bərabər kədərləndiyimi bildirirəm".

Qeyd edək ki, Rusiyanın məşhur estrada müğənnisi İosif Kobzon dünən 80 yaşında dünyasını dəyişib. Kobzon 2005-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi, iyulun 27-dən isə süni tənəffüs aparatına qoşulmuşdu. Moskva xəstəxanalarından birinin neyrocərrahiyyə şöbəsinin reanimasiyasında müalicə aldığı bildirilirdi. 

Əlaqədar

Məşhur müğənni dünyasını dəyişdi
Dünyaca məşhur müğənni Bakıya gəlir
Məşhur rusiyalı müğənni azərbaycanca oxuyacaq
"Məşhur müğənni “kabuslu” evini kirayə verir
Teqlər:
İosif Kobzon, İlham Əliyev, prezident

Əsas mövzular