15:29 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub

Prezident İlham Əliyevə yeni şəxsiyyət vəsiqəsi təqdim olunub

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
XƏBƏRLƏR
Qısa URL
285 0 0

Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub

BAKI, 31 avqust — Sputnik. Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi prezident İlham Əliyevə təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib. 

Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub

Qeyd edək ki,  sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. 

Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub

Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Yeni nəsil vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Əlaqədar

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Prezident İlham Əliyev səfirləri qəbul etdi
Prezident İlham Əliyev gözlənilməz qərar qəbul etdi
Gələn həftədən vətəndaşlara yeni şəxsiyyət vəsiqələri veriləcək
Teqlər:
şəxsiyyət vəsiqəsi, İlham Əliyev, prezident

Əsas mövzular