Bütün dünyanın axtardığı kitab Adnan Oktarın evindən tapılıb

© Photo : DHAAdnan Oktar
Adnan Oktar - Sputnik Azərbaycan
Abunə olmaq
Ən dəyərli Tövrat kitabının Adnanın əlinə necə keçdiyi araşdırılmağa başlayıb

BAKI, 30 avqust — Sputnik. Adnan Oktarın Çəngəlköy ərazisində yerləşən evində polis axtarış aparıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış zamanı Adnan Oktarın evindən Tövratın dünya əhəmiyyətli əlyazması tapılıb. 

Tapılan kitabın, ancaq sinaqoqlarda ola biləcək tarixi əhəmiyyətli əsər olduğu bildirilib. Polis çox dəyərli Tövrat kitabının Adnanın əlinə necə keçdiyini araşdırmağa başlayıb.

Tarixi Tövratla yanaşı, Adnan Oktarın Çəngəlköydəki evində və Ümraniyədə yerləşən bir anbarında yük maşını dolusu tarixi əsərlər də tapılıb. Ələ keçirilən tarixi əsərlər araşdırılmaq üçün Müqəddəs Sofiya Məbədi Muzeyi İdarəsi ilə Türk İslam Əsərləri Muzeyi İdarəsinə göndərilib.

Mütəxəssislər təsdiq ediblər ki, tapılan tarixi kitab Tövratdır və çox unikal sənət əsəridir.

Xəbər lenti
0