02:02 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Dənizkənarı bulvar

Sabaha gözlənilən xəbər açıqlandı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
172 0 0

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq

BAKI, 29 avqust — Sputnik. Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakı bulvarı
© Sputnik / Murad Orujov

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: avqustun 30-31-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqədar

Sabahın hava proqnozu açıqlandı
Hava xəbərdarlığı edilir
Yeni həftənin ilk günü hava necə olacaq?
İstirahət günləri bizi necə hava gözləyir?
Şənbə gününün hava proqnozu açıqlandı
Gözlənilən məlumat gəldi: Hava proqnozu açıqlandı
Hava proqnozunu gözləyənlərə xoş xəbər
Teqlər:
dərəcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, proqnoz, hava

Əsas mövzular