13:43 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
İş axtaran adam

Azərbaycanda yeni işə qəbul sistemi formalaşdırılıb, işçi axtarılır

CC BY 2.0 / Danni Atherton / Businessman
XƏBƏRLƏR
Qısa URL
28410

Müraciət edən namizədlər vakansiyanın təsviri forması ilə tanış olmalı və işə qəbul üzrə müraciət formasını doldurmaqla göndərməlidir

BAKI, 27 avqust — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) insan resursları potensialının yüksək ixtisasa və müasir dünyagörüşünə malik mütəxəssislər hesabına gücləndirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində işə qəbulun mərkəzləşdirilib və kollegial qaydada obyektiv və şəffaf prosedurlarla vahid mexanizm əsasında həyata keçirilməsi məqsədilə yeni işə qəbul sistemi formalaşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC-də sahə üzrə geniş təhlillər aparılaraq müasir beynəlxalq təcrübəyə və nəzəri əsaslara uyğun olaraq işə qəbul qaydaları hazırlanıb və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müvafiq əmri ilə təsdiq edilib.

"Azərbaycan Dəmir Yolları" QSC üzrə elan edilən vakansiyalara namizədlər rəsmi internet səhifəsinin "Karyera" bölməsinə daxil olmaqla müraciət edə bilərlər. Müraciət edən namizədlər ilk öncə vakansiyanın təsviri forması ilə tanış olmalı və işə qəbul üzrə müraciət formasını doldurmaqla göndərməlidir.

"Azərbaycan Dəmir Yolları" QSC-də müsabiqə bir qayda olaraq, qulluqçu vəzifələri üzrə test və müsahibədən və fəhlə peşələri üzrə isə test və peşə imtahanından ibarət müsabiqə yolu ilə həyata keçirilir.

Əlaqədar

Dəmir yolunun bu istiqamətində hərəkət bərpa olundu
Təbii fəlakət dəmir yolunu da vurdu: Balakən-Bakı qatarı Zaqatalada qaldı
"Azərbaycan Dəmir Yolları": Onun dəmir yoluna heç bir dəxli yoxdur
Teqlər:
QSC, , "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, vakansiya

Əsas mövzular