07:49 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Ceki Çan

Ceki Çanı "Ləzginka" oynamağa kim məcbur edib? - VİDEO

© AFP 2018 / JOHANNES EISELE
XƏBƏRLƏR
Qısa URL
301 0 0

Ceki Çan "Ləzginka" oynadı, rəqibinə qalib gəldi

BAKI, 20 avqust — Sputnik. Rusiyanın "RUDN University" Şən və Hazırcavablar Komandasının iştirakçısı olan azərbaycanlı Şövqü Əhədov dünya şöhrətli aktyor Ceki Çanı ləzgi rəqsi ("Ləzginka") ifa etməyə vadar edib.

A post shared by ШЕВГИ АХАДОВ (@shevgi) on Aug 15, 2018 at 3:50am PDT

Bu barədə Sputnik Azərbaycan onun Instagram-dakı səhifəsinə istinadla xəbər verir. Əhədov sözügedən videoçarxı sosial şəbəkədəki səhifəsinə yerlədirib. Videoda Əhədov Çanın çəkildiyi və rəqibi ilə dalaşdığı bir Çin filmindən olan fraqmentdən istifadə edib. Bloqger kadrın orijinal versiyasını elə dəyişib ki, sanki aktyor onun işarəsi əsasında hərəkət edir və "ləzginka"nı oynayır.

"Ceki Çana qalib gəlmək üçün faydalı məsləhətlərimi verirəm. İstənilən qeyri-müəyyən vəziyyətdə rəqs elə" — deyə Əhədov yazıb.

Ceki Çan Honkonq, Çin və Amerika aktyoru, kaskadyoru, kinorejissoru, prodüseri, ssenari müəllifi, tryük və döyüş səhlərinin quruluşçusu, müğənni, filantrop və döyüş sənəti ustasıdır. O, eyni zamanda YUNİSEF-in xoşməramlı səfiridir.

Şövqü Əhədov Bakıda doğulub-böyüyüb. Hazırda Moskvada yaşayır və işləyir. O, ŞHK-da fəal iştirak etməklə yanaşı öz bloqunda müxtəlif problemləri əks etdirən yumoristik çarxlar da paylaşır. Tez-tez onun tərəf-müqabilləri rusiyalı məşhurlar olur.

Əsas mövzular