12:54 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Qara pomidor

Zaqatala sakini özü də bilmədən xərçəng xəstəliyinin dərmanını yetişdirib

CC0 / lungty / Black Tomato
XƏBƏRLƏR
Qısa URL
2618061

Öz bağında qeyri-adi tərəvəzlər yetişdirən Zaqatala rayon sakini Aydın Sulxayev bu dəfə qara pomidorla hər kəsi təəccübləndirib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Öz bağında qeyri-adi tərəvəzlər yetişdirən Zaqatala rayon sakini Aydın Sulxayev bu dəfə qara pomidorla hər kəsi təəccübləndirib. Aydın Sulxayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ona bu toxumu internet vasitəsi ilə tanış olduğu ukraynalı dostu göndərib. O, gətirdiyi pomidor sortunu öz bağında yerli iqlimə uyğunlaşdırıb. Qeyri-adi meyvə-tərəvəz yetişdirməyə marağı olan Zaqatala sakini bu bitkiləri Yuxarı Tala kəndindəki bağ evində yetişdirib.

Zaqatala rayon sakini Aydın Sulxayev
© Sputnik / Shahperi Abbasova
Zaqatala rayon sakini Aydın Sulxayev

Təbiət vurğunu olan Aydın Sulxayev ixtisasca aqronom olub. Lakin gənclik illərində müxtəlif fərqli sahələrdə çalışdığından öz sevdiyi peşəsi ilə təqaüdə çıxdıqdan sonra məşğul olmağa başlayıb. Yaşlı aqronom kiçik həyətində əsl nəbatat bağı yaradıb. O, öz bağında Zaqatala rayonu üçün ənənəvi olmayan 20-dən çox fərqli güllər yetişdirib. Müsahibimiz həmin bitkilərin toxumunu xarici ölkələrdən, bir qismini də internetdə tanış olduğu təbiətsevərlərdən alıb, yerli şəraitə uyğunlaşdırıb. Bundan başqa o, ilin hər fəsilində bar verən çiyələk əldə edib. 

İxtisasca aqronom olan A.Sulxayev bostanında hər fəsildə bar verən çiyələk də yetişdirib
© Sputnik / Shahperi Abbasova
İxtisasca aqronom olan A.Sulxayev bostanında hər fəsildə bar verən çiyələk də yetişdirib

Rayon sakini bildirir ki, adi pomidorun dadından fərqlənməyən qara pomidorun geni dəyişdirilməyib. Yəni o, genetik modifikasiya olunmuş (GMO) bitki deyil, tamamilə orqanikdir. Sulxayev bu sortu seleksiya üsulu ilə əldə edib. Bundan əlavə, bağban öz bostanında sarı pomidorlar da yetişdirir. Sarı pomidor da özünün qırmızı, çəhrayı və qara rəngli analoqundan dadına, ətrinə görə fərqlənmir. 

Sarı pomidor
© Sputnik / Shahperi Abbasova
Sarı pomidor

Qeyd edək ki, təbiətsevər Aydın Sulxayev bu bitkilərdən toxum götürüb növbəti illərdə daha da genişləndirməyi düşünür. Həvəskar bağban bu bitkiləri satışa çıxarmaq barədə düşünmür. Qeyri-adi bitkilər yetişdirmək ahıl bağbanın sadəcə hobbisidir.

Aydın Sulxayevin bostanında yetişən qara pomidor
© Sputnik / Shahperi Abbasova
Aydın Sulxayevin bostanında yetişən qara pomidor

Xatırladaq ki, bir neçə il əvvəl hibrid tərəvəz növlərinin istehsalı ilə məşğul olan İsrail şirkəti qara rəngli pomidor növünü ərsəyə gətirib. "Seeds Technologies" şirkətinin əməkdaşı yeni növ tərəvəzin yabanı pomidorlarla süni şəraitdə becərilmiş pomidorun calağından əmələ gəldiyini bildirib. Qara pomidoru qırmızı analoqundan fərqləndirən əsas cəhəti tərkib etibarilə ondan daha zəngin və keyfiyyətli olmasıdır.

Görünüşü qeyri-adi olsa da, bu pomidorlar GMO deyil, tam orqanikdir
© Sputnik / Shahperi Abbasova
Görünüşü qeyri-adi olsa da, bu pomidorlar GMO deyil, tam orqanikdir

Qara pomidorun əsas keyfiyyət göstəricisi isə onun tərkibində xüsusi antioksidantların yer almasıdır. İsrailli həkimlər hesab edirlər ki, bu pomidor insan orqanizmini xoşagəlməz şişlərdən qorumaq üçün ideal vasitədir. Həkimlər xərçəng xəstələrinə qara pomidorun şirəsini içməyi tövsiyə edirlər.

Əlaqədar

Badımcan əkdi, "pomidor" bitdi
Yarım ton pomidor məhv edildi
Baş nazirə pomidor atdılar
Rusiya ilə Türkiyə arasında "pomidor razılığı" əldə olundu
İşğal altındakı rayonumuzda pomidor yetişdirən azərbaycanlı kimdir?
Teqlər:
qara pomidor, antioksidant, pomidor, GMO, Aydın Sulxayev, Yuxarı Tala kəndi, Zaqatala rayonu

Əsas mövzular