Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünyanın ən cazibədar milləti seçildi

© Sputnik / Vitaliy AnkovСотрудницы в здании Дальневосточного федерального университета
Сотрудницы в здании Дальневосточного федерального университета - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma iştirakçılarının 35 faizinin fikrincə, dünyada ən seksual kişilər rus kişilərdir

BAKI, 17 avqust — Sputnik. Dünyada ən cazibədar və seksual millət ruslar seçilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu, Badoo beynəlxalq tanışlıq xidmətinin apardığı sorğular əsasında müəyyən edilib. Sorğuda iştirak edənlərin 39 faizi bu qənaətdədir.

Oyuncaqlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çindən bütün dünyaya yayılan cazibədar ölüm

Xidmətin araşdırmasına Rusiyanın müxtəlif regionlarından 18-35 yaş arası qadın və kişilər qəbul edilib. Araşdırma iştirakçılarına 40 ölkədən ən cazibədar milləti seçmək təklif edilib. Siyahıya İtaliya, İspaniya, Fransa, Tunis, Türkiyə, Xorvatiya, Yunanıstan və s. ölkələr daxil edilib.  

Rusiyalı kişilərin fikrincə, ən gözəl qadınlar rus qadınlardır. İştirakçıların 55 faizi belə hesab edib. Bir qrup iştirakçı isə Braziliya qadınlarını seksual hesab edib.

Araşdırma iştirakçılarının 35 faizinin fikrincə, dünyada ən seksual kişilər rus kişilərdir. Siyahıda ikinci yeri ispanlar, 3-cü yeri isə italyan kişilər tutub.

Xidmətin ekspertləri hesab ediblər ki, böyük siyahı olmasına baxmayaraq, rus qadın və kişilər böyük fərqlə irəlidə olub.

Qeyd edək ki, onlayn tanışlığa həsr olunmuş beynəlxalq sosial şəbəkə olan Badoo (Android və iOS üçün mobil proqram) 2006-cı ildən mövcud olan deytinq servisidir, burada dünyanın 180 ölkəsindən 197 milyon adam qeydiyyatdan keçib. İstifadəçilər 41 dildə ünsiyyət qururlar.

Xəbər lenti
0