20:56 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
12063 0 0

Ölkə əhalisi bu prosesə etirazını müxtəlif formada, dolları yandıraraq, cıraraq göstərib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırdığını bəyan edib. “Türkiyədən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!" — deyə Tramp öz "Twitter" səhifəsində yazıb.

Bu mesajdan sonra Türkiyənin milli valyutası kəskin şəkildə ucuzlaşmağa başlayıb. Belə ki, hazırda 1 dollar – 6 lirəyə yaxındır. Ölkə əhalisi bu prosesə etirazını müxtəlif formada, hətta ABŞ dollarını yandıraraq, cıraraq göstərib. Hətta bu prosesə Azərbaycanda da dəstək verənlər olub.

Maraqlıdır, başqa ölkənin valyutasını cıran və ya yandıran vətəndaş hansısa məsuliyyət daşıyırmı? Mövcud qanunlarda bu barədə nələr nəzərdə tutulub? Sputnik Azərbaycan bu sualların cavabını tapmağa çalışıb.

Hüquqşünas Səməd Vəkilov bildirir ki, dolların məhv edilməsinə görə hər hansı cinayət məsuliyyətindən söhbət gedə bilməz: "Pul vahidi hüquq subyektinin şəxsi mülkiyyətidir. Dolların məhv edilməsi siyasi aktdır. Türkiyəni zəiflətmək məqsədi daşıyan Amerika siyasətinə etiraz məqsədi daşıyır. Amerika vaxtilə – ötən əsrin 70-ci illərində Türkiyəyə qarşı iqtisadi embarqo tətbiq etmişdi. Lakin həmin dönəmlərdə türk xalqı öz daxili imkanlarını səfərbər edərək daxili resurslardan səmərəli istifadə etməklə istehsalı artırdıqdan sonra Amerika embarqonu ləğv etmək məcburiyyətində qaldı".

Vəkilov qeyd edir ki,  Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız qüvvədə olan Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilməsi cinayət sayılır. Valyutanın yandırılması ilə bağlı isə Cinayət Məcəlləsində heç bir maddə olmadığı üçün bu əmələ görə cinayət məsuliyyətindən söhbət gedə bilməz: "Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət gerbinə qarşı təhqiredici hərəkətlər nəzərdə tutulsa da, dövlət himinin və milli valyutanın təhqir edilməsinə qarşı müddəa nəzərdə tutulmayıb”. 

“Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə dövlət himninin və milli valyutanın təhqir edilməsi də əlavə edilməlidir" – deyə o vurğulayır.

Hüquqşünasın sözlərinə görə, dünya ölkələrində dövlət atributları ilə bağlı xüsusi toxunulmazlıq mövcuddur: “Xarici ölkələrin Konstitusiyasında dövlət himni, gerbi və bayrağı haqda Cinayət Məcəlləsində əks olunan müddəalar yer alır. İstənilən şəxs, kimliyindən asılı olmayaraq, dövlət atributlarını təhqir və ya təhrif edə bilməz. Bununla bağlı bir çox ölkələrdə Cinayət Məcəlləsinə görə müəyyən cəzalar tətbiq edilir”.

Əlaqədar

Türkiyədə dolların məzənnəsində sərt düşüş
Bakıda bank işçisinin evindən 50 min dollar oğurlanıb
"Siz kənara çəkilin, dolları özüm məhv edəcəyəm" – Müjdəsi verilib?
Rusiyada dolların qiyməti kəskin şəkildə artıb
Teqlər:
təhqir, milli valyuta, Səməd Vəkilov, məsuliyyət, cinayət, manat, dollar

Əsas mövzular