23:16 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9423
Hərbi qulluqçuların andiçmə mərasimi keçirilib

Gənc əsgərlər and içdilər

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
99 0 0

Bu gün hərbi hissələrdə "Açıq qapı" günü və andiçmə mərasimi keçirilir.

BAKI, 12 avqust — Sputnik. Bu gün hərbi hissələrdə "Açıq qapı" günü və andiçmə mərasimi keçirilir. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilir.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

"Açıq qapı" günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və mədəni-kütləvi tədbirlər keçiriləcək.

Əlaqədar

Hərbi hissələrdə andiçmə oldu
Hərbi hissələrdə andiçmə mərasimi keçirildi
Teqlər:
əsgər, andiçmə mərasimi, "Açıq qapı" günü, Müdafiə Nazirliyi, Müdafiə naziri general-polkovnik Zakir Həsənov

Əsas mövzular