04:41 21 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Şimal-qərb bölgəsində leysanın fəsadları

Təbii fəlakət 2 rayonumuzu vurdu, 9 kənddə həyat iflic olub

© Sputnik / Shahperi Abbasova
XƏBƏRLƏR
Qısa URL
1305120

Ötən gecə respublikanın şimal-qərb bölgəsində yağan güclü leysan yağışları nəticəsində Qapıçay və Lahıc çayları daşıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Ötən gecə respublikanın şimal-qərb bölgəsində yağan güclü leysan yağışları nəticəsində Qapıçay və Lahıc çayları daşıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, daşqın nəticəsində Qax rayonunun Zəyəm, Qındırğa, Lələli, Tasmalı, Şotavar, Qarabaldır kəndlərinə xeyli ziyan dəyib.

Əkin sahələri suyun altında qalıb, həyətləri və fərdi yaşayış evlərini su basıb, xeyli ev heyvanı tələf olub.

  • Şimal-qərb bölgəsində leysanın fəsadları
    Şimal-qərb bölgəsində leysanın fəsadları
    © Sputnik / Stringer

1 / 7
© Sputnik / Stringer
Şimal-qərb bölgəsində leysanın fəsadları

Təbii fəlakət Zaqatala rayonunun da bəzi kəndlərindən yan keçməyib. Rayonun Əliabad, Lahıc, Bəhmətli kəndlərindəki təsərrüfatlara xeyli maddi ziyan dəyib. Leysan ən çox fındıq bağlarını vurub. Hazırda fındıq yığımı mövsümü başladığından, camaatın bağlarındakı məhsul yağışla birlikdə torpağa qarışıb.

Bölgədə hər zamankı kimi, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda bölgə əhalisi yağışın və daşqının vurduğu ziyanı aradan qaldırmaqla məşğuldur.

Əlaqədar

Təbii fəlakət dəmir yolunu da vurdu: Balakən-Bakı qatarı Zaqatalada qaldı
Qax və ətraf rayonlarda baş verən təbii fəlakət əhaliyə dəhşətli anlar yaşadıb
Təbii fəlakət daha bir bölgədə faciəyə səbəb olub
Teqlər:
leysan yağışlar, təbii fəlakət, Zaqatala rayonu, Qax

Əsas mövzular