23:13 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Gürcüstanla sərhəd bölgələrdə nodulyar dermatit xəstəliyinə qarşı dezinfeksiya aparılır

Gürcüstanda yoluxucu xəstəlik yayılır, Azərbaycanda önləyici tədbirlərə başlanıb

© Foto : AR KTN-nin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
2442 0 0

Qonşu ölkə ilə sərhəd bölgələrdə xəstəliyə qarşı dezinfeksiya işləri aparılır

BAKI, 10 avqust — Sputnik. Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.

Bu barədə KTN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, bu tədbir Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

2018-ci ilin ilk 7 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2 milyon 442 min 699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub. Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Əlaqədar

İçdiyiniz sudan dəhşətli xəstəliyə yoluxa bilərsiniz
Valideynlər uşaqların infeksion xəstəliklərə yoluxduğu barədə həyəcan təbili çalır
Diş pastası ilə şəkər xəstəliyi əlaqəsi varmış...
Minlərlə vətəndaşımızı inlədən xəstəliyin əlacı var, amma tətbiqi mümkün deyil
Ailə qurmayan insanların əksəriyyəti bu xəstəlikdən ölür
Teqlər:
Azərbaycan, yoluxucu nodulyar dermatit xəstəliyi, Samtsxe-Cavaxetiya regionu, Gürcüstan Respublikası

Əsas mövzular