Yol polisindən sürücü və avtomobil sahiblərinə sərt xəbərdarlıq

© Sputnik / Murad OrujovDYP işçisi Mirzəliyev Xəqani
DYP işçisi Mirzəliyev Xəqani - Sputnik Azərbaycan
Abunə olmaq
Bu tələbə əməl etməyənlər 50 manat məbləğində cərimə ediləcəklər

BAKI, 10 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (RBDYPİ) sürücülərə və avtonəqliyyat vasitəsi sahiblərinə müraciət edib. RBDYPİ-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə "Yol hərəkəti haqqında" qanuna 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq, sürücülər inzibati məsuliyyət daşıyırlar.

Qeyd olunanları nəzərə alaraq, yol polisi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən odsöndürən olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər.

Xəbər lenti
0