Diqqət: DYP-dən sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq

© Sputnik / Murad OrujovСотрудник дорожно-патрульной службы в Баку
Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
DYP xahiş edir: Dərman qutusunun, odsöndürənin istifadə müddətini yoxlayın və qəza dayanma nişanının saz olmasını təmin edin

BAKI, 6 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Müraciətdə nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etmək, odsöndürənlərin yararlılıq müddətini daim nəzarətdə saxlamaq xahişedilir.

Водитель за рулем автобуса - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda daha bir narkoman sürücü ifşa edildi

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılan təhlillər hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin anda avtomobillərdə odsöndürənlərin ya olmadığını, ya da onların yararlılıq müddəti bitdiyindən yanğının vaxtında söndürülmədiyini göstərir.

Bu isə avtomobildə sıxılıb qalmış insanların həlak olması, ağır xəsarətlər alması, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olması və onlara küllü miqdarda maddi zərər dəyməsi ilə nəticələnib.

Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsöndürənlərin yararlılıq müddətini daim nəzarətdə saxlasınlar.

Xəbər lenti
0