Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu" yarışlarında - VİDEO

© AR Ministry of Defense“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüb
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq

BAKI, 6 avqust — Sputnik. Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları — 2018"də yarışlar keçirilir. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları — 2018" çərçivəsində keçirilən "Tank biatlonu-2018" müsabiqəsi davam edir.

"Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində keçirilən "Səhra mətbəxi" müsabiqəsi də keçirilir. Müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirilməsini həyata keçirirlər.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək "Dəniz kuboku" ilə yanaşı, Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" və Belarusda "Snayper həddi" müsabiqələrinə qatılacaqlar.

Hərbçilərimiz, həmçinin İranda keçiriləcək "Dərinlik" və Rusiyada təşkil olunacaq "Qoşun kəşfiyyatı əlaçıları" müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Xəbər lenti
0