Yayın bu qızmarında olmayacaq iş oldu

CC0 / RayMark / WaterВода на фоне заката, фото из архива
Вода на фоне заката, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir

BAKI, 6 avqust — Sputnik. Bakı şəhəri Yasamal rayonunun müəyyən ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılması ilə əlaqədar 6 avqust 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0