Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Emin Ağalarovu istintaqa çəkmək istəyirlər

© Sputnik / Murad OrujovЭмин на красной дорожке фестиваля “Жара-2018” в Баку
Эмин на красной дорожке фестиваля “Жара-2018” в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı xüsusi prokuror Robert Müller azərbaycanlı müğənni Emin Ağalarovu dindirmək niyyətindədir

BAKI, 3 avgust — Sputnik. Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı müğənni Emin Ağalarovu dindirmək niyyətindədir. Sputnik Azərbaycan "Ren TV"-yə istinadən xəbər verir ki, bu barədə müğənninin vəkili Skott Balber bildirib.

Vəkil qeyd edib ki, hələlik bu istiqamətdə danışıqlar gedir: "Danışıqlar gedir… Hələlik nələrin baş verəcəyi bilinmir".

Müllerin ofisində isə bu məlumatı şərh etməyiblər.

Qeyd edək ki, Emin Ağalarovu ABŞ-da seçkilərə müdaxilə etmək cəhdində ittiham ediblər. Bunun üçün arqument isə Ağalarovun şəxsən ABŞ prezidenti Donald Trampla tanışlığı olub. Lakin Emin Ağalarov bunu ittihamı qətiyyətlə təkzib edir.

Xəbər lenti
0