15:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir

Sürücülərin nəzərinə: Bu yol bir ildən sonra açılacaq

© Foto: AAYDA
XƏBƏRLƏR
Qısa URL
175 0 0

Hazırda yol boyu 2 laydan ibarət yeni yol əsasının inşası işləri aparılır ki, bu çərçivədə də işlər bitmək üzrədir

BAKI, 2 avgust — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Agentliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sözügedən yol Böyük Şor gölünün üzərində inşa edilir.

Belə ki, 2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədi ilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edəcək.

  • Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
    Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
  • Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
    Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
  • Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
    Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
  • Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
    Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
1 / 4
Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir

Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub. İnşaat işləri bir-neçə hissə üzrə icra olunur. Bu əsas yolun, tunellərin və qovşaqların tikintisidir.

Hazırda əsas yolun tikintisi üçün sözügedən ərazidə torpaq işləri bitmək üzrədir, yararsız qrunt, təqribən 160 min kub metr həcmdə qazılaraq çıxarılıb. Bundan başqa yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılıb, hündür hissələr isə qazılaraq aşağı salınıb, tökülmüş torpaq lay-lay kipləşdirilib və 23.5 metr enində, təqribən 58 min kub.m həcmdə yeni yol yatağının tikintisi işləri aparılıb.

Hazırda yol boyu 2 laydan ibarət yeni yol əsasının inşası işləri aparılır ki, bu çərçivədə də işlər bitmək üzrədir.

Qeyd edək ki, sutkanın qaranlıq saatlarında yolun işıqlandırılması üçün müasir işıqlandırma sistemi qurulacaq, yol boyu bir və iki tərəfli işıqlandırmanı təmin edən 461 ədəd işıq dirəkləri, həmçinin yeni yolda 4 avtobus dayanacağı quraşdırılacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhəri və bu istiqamətinə yerləşən digər qəsəbələrə, bundan başqa Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil, Pirşağı qəsəbələrinə rahat çıxış əldə edəcəklər.

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə sözügedən istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa yuxarıda sadalanan qəsəbələrin sakinlərinin Ziya bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq.

Bununla da həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin "Koroğlu" metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.

Faktiki tikintidə fiziki tərəqqı 62% təşkil edir və yeni yolun tikintisinin 2019-cu ildə yekunlaşdırılması planlaşdırılır.

Əlaqədar

Sürücülərin narahatlığına səbəb olan yol yenidən bağlanır
Yol qəzalarına qarşı daha bir addım atılır - RƏSMİ
Problemli yol sürücülərin istifadəsinə verildi
Teqlər:
AAYDA, Balaxanı–Binəqədi avtomobil yolu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ziya Bünyadov prospekti, avtomobil yolu

Əsas mövzular