"ASAN xidmət"dən vətəndaşlara şad xəbər: Daha bir xidmət göstəriləcək

© Photo : © Facebook / ASAN XidmətSəyyar ASAN Xidmət
Səyyar ASAN Xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən səyyar formada xidmətlər həyata keçiriləcək

BAKI, 1 avgust — Sputnik. 1 avqust 2018-ci il tarixindən etibarən Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Hövsan qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a "ASAN Xidmət"in mətbuat xidmətindən məlumat verilib.

Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
"ASAN xidmət"də iki rekord

Bildirilir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN Kommunal" standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək: "Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər".

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. "ASAN xidmət"-in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 "Çağrı" mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Xəbər lenti
0