CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Akif Əliyev xəstəxanadan çıxıb

© Sputnik / Irade JELILAkif Əliyev
Akif Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: Əminik ki, Akif Əliyev onu sosial sığınacağa yerləşdirmək təklifimizdən imtina etməyəcək və yenidən səfil həyatına qayıtmayacaq

BAKI, 31 iyul — Sputnik. "Vaxilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyev keçən həftə sosial sığınacağa götürülməzdən öncə müalicə olunması üçün xəstəxanaya yerləşdirilmişdi. Bu gün həmkarlarımla bir yerdə ona baş çəkmək istəyirdik. Lakin indicə öyrəndim ki, o, xəstəxana personalına özünü yaxşı hiss etdiyini deyib, 2 günə qayıdıb təkrar müayinədən keçəcəyini bildirərək, xəstəxanadan çıxıb".

Akif Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yəqin ki, qısa zamanda öləcəyəm, məni qocalar evinə yerləşdirin..."

Bu sözləri Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. "Əminik ki, Akif Əliyev onu sosial sığınacağa yerləşdirmək təklifimizdən imtina etməyəcək və yenidən səfil həyatına qayıtmayacaq" — deyə F.Talıbov bildirib.

Qeyd edək ki, Sputnik Azərbaycan-ın əməkdaşı 62 yaşlı Akif Əliyevi Tbilisi prospektində yerləşdirən yerüstü keçidin pilləkəninin üstündə gecələyərkən görüb. O, 8 aydır bu ərazidə yaşadığını deyib.

"Şəkər xəstəsiyəm. Ayaqlarım da tutulub. Yəqin ki, tez bir zamanda öləcəyəm. Xahiş edirəm, məni qocalar evinə yerləşdirsinlər" — deyə sahibsiz qoca əməkdaşımıza bildirmişdi.

Saytımızda bu barədə xəbər çıxdıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Akif Əliyevin vəziyyəti ilə maraqlanıblar və o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti
0