Bakıya giriş bağlanır, alternativ variantlara üz tutun

© Sputnik / Murad OrujovДвижение транспорта на трассе Баку-Сумгайыт, фото из архива
Движение транспорта на трассе Баку-Сумгайыт, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir

BAKI, 27 iyul — Sputnik. Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
"Bakı-Sumqayıt camaatına boşuna əzab yaşadıblar" — Ağır ittiham və qəti təkzib

O bildirib ki, bu səbəbdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

"Ancaq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur" — deyən Nəcəfli qedy edib ki, sürücülər aşağıdakı alternativ yollardan istifadə edə bilərlər:

1. Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:

— Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,

— Binəqədi şossesindən,

— Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən;

2. H.Z.Tağıyev-Sahil avtomobil yolundan:

— Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Sürücülərin narahatlığına səbəb olan yol yenidən bağlanır

— Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə;

3. Bakı-Sumqayıt yolundan:

— Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şossesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,

— Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsi ilə Binəqədi şossesindən, həmçinin 4 —cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,

— Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından,

— Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

© ©KarikaturaAlternativ yoldan istifadə
Alternativ yoldan istifadə - Sputnik Azərbaycan
Alternativ yoldan istifadə

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbər lenti
0