CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra müraciətlərə baxılmır

BAKI, 27 iyul — Sputnik. İyulun 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirlib ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keşmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına 27, 30 və 31 iyul 2018-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd: Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

Xəbər lenti
0