Facebook 150 milyard dollar itirdi

© AFP 2023 / Lionel BONAVENTUREFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Rüblük hesabata əsasən şirkətin gəlirləri 42% artaraq 13,2 milyard dollar təşkil edib

BAKI, 26 iyul — Sputnik. “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq çox ağır günlər yaşayır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 25-də “Facebook”un rüblük maliyyə hesabatı açıqlandıqdan sonra sosial şəbəkəsinin səhmləri ciddi şəkildə ucuzlaşıb.

Şirkətin maliyyə göstəriciləri gözləntiləri doğrultmayıb, nəticədə səhmlər 24% dəyər itirib. Bu, o deməkdir ki, səhmdarlar cəmi bir neçə dəqiqə ərzində 150 milyard dollara yaxın itkiyə məruz qalıblar. Hesabatın açıqlanmasından öncə “Facebook” səhmləri tarixi maksimumlarda idi, belə ki, 2018-ci il ərzində səhmlər 23% bahalaşıb.

Rüblük hesabata əsasən şirkətin gəlirləri 42% artaraq 13,2 milyard dollar təşkil edib. Bu, yaxşı rəqəm kimi görünsə də, analitiklər 13,3 milyard dollar gəlir gözləyirdilər. 2015-ci ildən bəri ilk dəfə olaraq nəticələr proqnozdan aşağı olub. Sosial şəbəkədən gündəlik istifadə edən auditoriya 1,47 milyard nəfər olub, halbuki gözlənti 1,49 milyard nəfər idi. Avropada aktiv istifadəçilərin sayında 3 milyon nəfər azalma qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə “Facebook” milyonlarla istifadəçinin şəxsi məlumatlarının sızması və ABŞ-dakı prezident seçkilərinə müdaxilə ilə əlaqədar qalmaqalların mərkəzində olub.

Xəbər lenti
0