Əfqanıstandakı azərbaycanlı sülhməramlıların bir qrupu geri dönüb

© Photo : Official Marine Corps photo by Cpl. Adam C. SchnellAzərbaycanlı sülhməramlılar, arxiv şəkli
Azərbaycanlı sülhməramlılar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb

BAKI, 26 iyul — Sputnik. NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabr ayından başlayıb. 

Xəbər lenti
0