CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda eramızdan əvvələ aid məzarlıq tapılıb

© Sputnik / Rahim MuradovLerik rayonu ərazisində antik dövrlərə aid qəbrlər tapılıb
Lerik rayonu ərazisində antik dövrlərə aid qəbrlər tapılıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu qəbirlər orada dəfn olunanların sosial vəziyyəti haqqında da məlumat verir"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Lerik rayonu ərazisində antik dövrlərə aid növbəti qəbirlər tapılıb. Bu barədə Antik dövr üzrə Lerik Arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ceyhun Eminlinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə məlumat verib.

O qeyd edib ki, ekspedisiya Lerik rayonunun Kürdəsər kəndi ərazisində 2012-ci ildən arxeoloji tədqiqatlar aparır. Artıq 7 aparılan qazıntıların davamı olaraq e.ə. V-III əsrlərə aid sıx qəbiristanlıq aşkar edilib. Bu günə kimi 180-ə yaxın qəbir tapılıb və tədqiq olunmaqdadır.

C.Eminli bildirib ki, aşkar olunmuş məzarlar müxtəlif formadadır: “Qəbirlərdəki cəsədlər bükülü vəziyyətdə, sağ və ya sol böyürləri üstə dəfn ediliblər. Dəfn edilənlərin yanlarında silahları — qılıncları, bıçaqları və nizələri qoyulub. Bundan əlavə qəbirlərdə müxtəlif saxsı qablar da aşkarlanıb. Bu saxsı qabların bəziləri heyvan formasındadır ki, bu da xüsusi ayinlərlə əlaqədardır. Dəfn edilənlərin üzərindən şəxsi əşyaları, tunc və gümüşdən bəzək əşyaları, müxtəlif tərkibli muncuqlar da tapılıb”.

© Sputnik / Rahim MuradovLerik rayonu ərazisində antik dövrlərə aid qəbrlər tapılıb
Lerik rayonu ərazisində antik dövrlərə aid qəbrlər tapılıb - Sputnik Azərbaycan
1/6
Lerik rayonu ərazisində antik dövrlərə aid qəbrlər tapılıb

2/6

3/6

4/6

5/6

6/6

“Qəbirlərdə od və kömür izləri də aşkar edilib, bu da o dövrdəki xüsusi inancla əlaqədardır. Tapılan məzarların 2300-2500 il yaşı var. Bunu, həmçinin qəbirlərdən tapılan maddi-mədəni nümunələr də sübut edir. Həm də qəbirlərdə olan kömür qalığının radio-karbon analizi beynəlxalq laboratoriyalarda aparılır. Bu kömür analizinin cavabları da bizim qeyd etdiyimiz dövrü təsdiq edir" – deyə müsahibimiz qeyd edib.

Ekspedisiya rəisi tapılan qəbirlərin müxtəlif təbəqəyə aid olduğunu da bildirib. Deyib ki, bunu da məzarlardan çıxan maddi-mədəni nümunələrə əsasən müəyyən etmək olur: "Bəzi qəbirlərdə dəfn edilənlər daha zəngindirlər. Yəni ola bilər, onlar ya sərkərdə, ya da varlı təbəqəyə aid şəxslər olublar. Bu qəbirlər orada dəfn olunanların sosial vəziyyəti haqqında da məlumat verir. Burada kasıb qəbirləri də var. Varlı qəbirləri maddi-mədəni nümunələrlə daha zəngindir”.

Xaçmazda kütləvi məzarlıq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xaçmazdakı kütləvi məzarlıq barədə ilginc yenilik

Ceyhun Eminli vurğulayıb ki, bu ilki tədqiqatları 02 iyul tarixindən başlayıb və 30-31 iyulda yekunlaşacaq. Burada işlər yekunlaşdıqdan sonra işlər kameral şəraitdə davam etdiriləcək.

Ekspedisiya rəhbəri ilə söhbətimiz əsnasında onu da öyrəndik ki, 2016-cı ildən Lerik Arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət edilib və 3 ildir ki, ekspedisiya Beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər insan və heyvan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar aparırlar, ətraf ərazilərdə abidələrin varlığını müəyyən etmək üçün xəritələşdirmə işləri ilə məşğuldurlar.

Ekspedisiya üzvləri, həmçinin xarici mütəxəssislərlə bir çox laboratoriya işlərində birgə əməkdaşlıq edirlər.

Xəbər lenti
0