CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhədi pozmaq istəyən silahlı İran vətəndaşları saxlanılıb

© Photo : DSX-nin mətbuat xidməti“Yamaha-200” mühərrikli “Layner” tipli qayıq
“Yamaha-200” mühərrikli “Layner” tipli qayıq - Sputnik Azərbaycan
Abunə olmaq
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb

BAKI, 26 iyul — Sputnik. 2018-ci ilin 24 iyul tarixində saat 23:30 radələrində Xəzər dənizinin Azər­baycan Respublikasına mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res­­publikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.

© Photo : DSX-nin mətbuat xidməti1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq
1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq - Sputnik Azərbaycan
1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə­salın­maz tədbirlər həyata keçiril­ib, hədəfin "Yamaha-200" mühərrikli "Layner" tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilmiş və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa­mə­tində saxla­nılıb.

© Photo : DSX-nin mətbuat xidmətiRamazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac
Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac - Sputnik Azərbaycan
Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac

Saxlanılan qayığa və qayıqda olan İran İslam Respublikasının və­tən­daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik "Maqnum" markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti
0