CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AAYDA sürücülərə müraciət edir

© Sputnik / Irade JELILBeşmərtəbə dairəsində bağlanmış yol
Beşmərtəbə dairəsində bağlanmış yol - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

BAKI, 26 iyul — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 kilometrlik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-360 kilometrliyində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu rayonu, Sabunçu yol qovşağında üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

"Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", — deyə məlumatda vurğulanıb.

Xəbər lenti
0