İran iki hərbi gəmisini Azərbaycana göndərir

© Foto: mod.gov.azİrimiqyaslı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də iştirak edir
İrimiqyaslı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də iştirak edir - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmilər Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək

BAKI, 24 iyul — Sputnik. İran Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək.

Sputnik Azərbaycan "MehrNews"a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hosseyn Xanzadi bildirib.

"Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir" — Xanzadi deyib.

Qeyd edək ki, iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək "Dəniz Kuboku-2018" müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır. 

Xəbər lenti
0