Ağdam haqqında çəkilmiş film nümayiş olundu

© Sputnik / Musa MuradlıAğdamlılar şəhidlərin abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar
Ağdamlılar şəhidlərin abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdamlılar şəhidlərin abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. İyulun 23-də — Ağdamın işğalı tarixində Sultanbud deyilən ərazidə ucaldılan bayrağın yanında Ağdamdan olan Milli Qəhrəmanlar, həmçinin şəhidlər üçün yaradılan xatirə kompleksinin qarşısında Ağdam RİH-nin aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, mədəniyyət və digər idarədə çalışanlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım tədbiri baş tutub.

Rayon ictimaiyyəti, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar.

Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverən Əliyev 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirib ki, Ermənistanın 1988-ci ilin fevralından Azərbaycana qarşı başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağırlığını çiyinlərində daşıyan Ağdam rayonu düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərən ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb.

© Sputnik / Musa MuradlıAğdamlılar şəhidlərin abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar
Ağdamlılar şəhidlərin abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar - Sputnik Azərbaycan
1/3
Ağdamlılar şəhidlərin abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar

2/3

3/3

Çıxışlarda ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılan uğurlardan da söz açılıb. Belə bir əminlik ifadə olunub ki, Azərbaycanın güclü, qüdrətli ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir və işğalçıları torpaqlarımızdan qovub çıxaracaqdır. Vurğulanıb ki, respublikamızın ərazi bütövlüyünün müdafiəsində fədakarlıq göstərmiş ağdamlılar işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.

Tədbir Ağdam Dövlət Dram Teatrının ifasında Ağdam haqqında hazırlanmış sənədli filmin nümayişi ilə davam etdirilib.

Onu da bildirək ki, 1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadrat kilometrlik ərazisinin 76,4 faizini – bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan edib, dağıdıb və yandırıbdır.

Xəbər lenti
0